Xəstəsiniz? ABŞ-yə getməyin
Yeni qaydaya əsasən, viza məmurları ABŞ-yə səfər üçün müraciət irəli sürənlərin sağlamlıq vəziyyətini də nəzərə alacaqlar. Vizadan imtina əsas verən xəstəliklərin siyahısına, yuxarıda sadalananlardan əlavə, tənəffüs, metabolik, nevroloji və ruhi xəstəliklər də salınıb. Bu xəstəliklərdən əziyyət çəkənlərin ABŞ-yə buraxılmamasına səbəb isə onların müalicəsinin "yüz minlərlə dollara" başa gəlməsidir.
Xəstəliklər sırasında piylənmə də vurğulanır. Çünki piylənmə yuxu apnesinə, yüksək təzyiqə və klinik depressiyaya gətirib çıxara bildiyi üçün "xüsusilə mənfi" amil sayılır. Sənəddə səfirlik və konsulluqların əməkdaşlarına verilən təlimata görə, onlar viza müraciəti əsnasında ərizəçinin yaşını, himayəsindəki şəxslərin sayını, xüsusi ehtiyaclarını və əgər varsa, əlilliyi qeydə almalıdırlar.
Qəzet yazır ki, yeni qaydalar Dövlət Departamentinin siyasət rəhbərliyi tərəfindən "mütəxəssislərlə məsləhətləşmədən, standart təsdiqləmə prosesindən yayınaraq" hazırlanıb.
"Bu qaydalar məmurlara geniş səlahiyyət verir. Beləliklə, onlar əvvəllər imtina üçün mütləq əsas sayılmayan ümumi tibbi vəziyyətlərə görə artıq viza verməyə bilərlər", – Virciniya ştatının Reston şəhərindən miqrasiya üzrə vəkil Vik Qoel qəzetə müsahibəsində deyib.
Ağ Evin mətbuat katibi Anna Kelli yeni qaydalarla əlaqədar açıqlamasında diqqətə çatdırıb ki, ABŞ-də belə bir təcrübə, əslində, 100 ildir mövcuddur:
"Bu qaydalar əcnəbilərin ABŞ üçün maliyyə yükünə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Nəhayət Donald Tramp hökuməti amerikalıların maraqlarını birinci yerə qoyaraq bu siyasəti tam şəkildə həyata keçirir".
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ viza xəstəlik imtina







Vaxtında, Aydın, Lazımlı!


