Avropa ruslara “kökə” vəd edir

Avropa ruslara “kökə” vəd edir
  14 Noyabr 2025    Oxunub:1115
Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Avropa İttifaqı (Aİ) Rusiyadan gələn turistlərə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Economist” nəşrində dərc olunan materialda belə deyilir.

“Lakin bəzi ruslardan üzr istəyirəm, hər hansı başqa nəticə avropalıları sonsuz sadəlövh kimi göstərəcək. Müharibə bitəndə biz sizin hamınızı dəvət edəcəyik”, - məqalənin müəllifi yazır.

Onun sözlərinə görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas və digər Şərqi Avropa ölkələrinin liderləri Rusiya vətəndaşları ilə Rusiya hökumətinə qarşı olan rəftarın sərgilənməsini tələb edirlər. Bu məmurların fikrincə, ruslar baş verənlərə görə məsuliyyəti Rusiya hökuməti ilə bölüşməlidirlər.

Məhdudiyyətlərin tətbiqini şərh edən Kaya Kallas bildirib ki, bundan sonra Aİ-yə getmək məqsədi ilə viza üçün müraciət edən Rusiya vətəndaşlarına daha sərt qaydalar şamil olunacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ruslar   vəd  



Xəbər lenti