Suriyada yenə hərbi toqquşmalar yaşanır

Suriyada yenə hərbi toqquşmalar yaşanır
  14 Noyabr 2025    Oxunub:1021
Suriyanın Əs-Süveydə vilayətində silahlı qruplar artıq üç gündür ki, atəşkəsi pozur. Suriya təhlükəsizlik qüvvələri bu hücumları dəf edir.
AzVision.az xəbər verir ki, Suriyanın Daxili Təhlükəsizlik qüvvələrinin komandanlığı ölkənin “Əl-İhbariya” telekanalına açıqlamasında belə deyib.

“Əs-Suveydədəki üsyançı qruplar üç gündür ki, atəşkəs rejimini pozaraq, əyaləti atəşə tuturlar. Bunun nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları yaralanıb”, - məlumatda bildirilir.

Bədəvilər Əs-Suveydədən təxliyə olunur | VİDEO
Xatırladaq ki, iyulun ortalarında Əs-Suveydə əyalətində bədəvilərlə druzlar arasında qarşıdurma baş vermişdi. Münaqişəni yatırmaq üçün gələn hökumət qoşunları bədəvilərin tərəfinə keçib.

Həmin toqquşmalarda 1600-dən çox insanın öldüyü bildirilir. Bu, həm də druzların böyük qrupunun yaşadığı İsraildə kəskin reaksiyaya səbəb olmuşdu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   Əs-Süveydə   atışmalar  



Xəbər lenti