“Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla üzləşir”

   “Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla üzləşir”
  14 Noyabr 2025    Oxunub:1015
Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.
AzVision.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

"Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


AzVision.az


Teqlər:



Xəbər lenti