Aİ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, aşkarlanan “endemik (kütləvi) korrupsiyanın iyrənc” olduğunu və bunun donorlar arasında Ukraynanın nüfuzuna “ciddi şəkildə xələl gətirə biləcəyini” deyib.
“İndi bəzi Avropa ölkələri əlavə maliyyə ayrılmazdan əvvəl Kiyevdən şəffaflıq üçün konkret zəmanət tələb edir. Komissiya, şübhəsiz ki, enerji sektoruna Kiyevin vəsaitləri necə xərclədiyinə yenidən baxmalı olacaq. Ukrayna bu vəsaitlərin istifadəsinə nəzarətə daha çox diqqət yetirməlidir”, - qəzetin mənbələrindən biri vurğulayıb.
|
| Ukraynadakı qalmaqal kimə sərf edir? |
“Politico” daha əvvəl Almaniya kansleri Fridrix Mertsin telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskidən Kiyevdəki böyük korrupsiya qalmaqalına cavab olaraq qətiyyətli addım atmağı tələb etdiyini yazmışdı.
Xatırladaq ki, noyabrın 10-da Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu (UMAB) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) ölkənin enerji sektorunda korrupsiya sxemlərinin araşdırılması üzrə genişmiqyaslı əməliyyatın nəticələrini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


