Leyla Əliyeva avarçəkmə bazasında idmançılarla görüşüb
Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb, zəruri infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə cavab verən sistemlər təmin olunub.
Görüş zamanı, həmçinin gənclərin sağlam həyat tərzinə cəlb olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


