Reuters: “Tramp Alyaskada neft hasilatına yaşıl işıq yandırdı”

   Reuters:    “Tramp Alyaskada neft hasilatına yaşıl işıq yandırdı”
  14 Noyabr 2025    Oxunub:1023
Ağ Ev Alyaskada neft və qaz hasilatına Co Bayden administrasiyası dövründən bəri tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin Daxili İşlər naziri Duqlas Berqam belə məlumat açıqlayıb.

“2024-cü il qaydalarını ləğv etməklə, biz Alyaskanın enerji potensialını açmaq, ştatın şimaldakı sakinləri üçün iş yerləri yaratmaq və Amerikanın yanacaq təhlükəsizliyini gücləndirmək üçün prezident Trampın müəyyənləşdirdiyi kursla gedirik”, - Berqam deyib.

Bayden dövründə tətbiq olunan son məhdudiyyətlər, Alyaska Milli Neft Ehtiyatının bir hissəsi olan əyalətin şimalında 4,3 milyon hektar federal ərazinin istismar üçün icarəyə verilməsinə qadağa ilə bağlı idi.

Bundan əlavə, 2024-cü il qaydaları əlavə 800 min hektar ərazinin inkişafı üçün sərt tələblər müəyyən edib. Bu qərar Donald Trampın “Drill, Baby, Drill” (qaz, ay uşaq, qaz) şüarı ilə ABŞ-də istehsalın genişləndirilməsinə yönəlmiş enerji siyasətinin həyata keçirilməsində mühüm addım olub.

- Yerli sakinlərin “Arkitka inupiatlarının səsi” birliyi məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayır. Belə ki, yataqların istismarı Alyaskanın şimalına əhəmiyyətli dərəcədə vergi gəlirləri axınını təmin edəcək”, - “Reuters” agentliyi yazır.

Xatırladaq ki, hələ bu ilin yanvar ayında Donald Tramp Ağ Ev administrasiyasının dövlət mühafizəsi torpaqlarında neft-qaz hasilatını bərpa edəcəyini və Bayden dövründə tətbiq olunan məhdudiyyətləri aradan qaldıracağını bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Alyaska   neft  



Xəbər lenti