"Azərsilah"ın zavodunda partlayış olub, bir nəfər ölüb

   "Azərsilah"ın zavodunda partlayış olub,    bir nəfər ölüb
  14 Noyabr 2025    Oxunub:826
Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti