BMT-nin Miqrasiya Təşkilatı maliyyə çatışmazlığı ilə üzləşib

BMT-nin Miqrasiya Təşkilatı maliyyə çatışmazlığı ilə üzləşib
  14 Noyabr 2025    Oxunub:464
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ABŞ-ın maliyyə dəstəyinin azaldılmasından sonra qaçqınları izləmə proqramı üçün vəsait çatışmazlığından əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı və BMT hazırda əlavə maliyyələşdirmə ilə bağlı danışıqlar aparır və əsas diqqət strateji sahələrə yönəldəcək.

Belə olan halda Brüssel üçün daha az əhəmiyyət kəsb edən Latın Amerikası kimi regionlar diqqətdən kənarda qalacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti