Trampın sabiq müşaviri hökumətdən 50 milyon dollar tələb edir

Trampın sabiq müşaviri hökumətdən 50 milyon dollar tələb edir
  14 Noyabr 2025    Oxunub:505
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn 2016-cı il seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı aparılan “haqsız təqib” səbəbindən hökumətdən 50 milyon dollar təzminat tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Donald Tramp administrasiyası hazırda Flinnin iddiası ilə bağlı danışıqlar aparır.

Flinn əvvəlcə yalan ifadə vermək ittihamını qəbul etsə də, sonradan bunu təkzib edib və 2020-ci ildə Tramp tərəfindən əfv olunub.

Onun iddiası 2023-cü ildə keçmiş Ağ Ev müşaviri Stefan Passantino ilə birgə qaldırılıb, lakin Bayden administrasiyası dövründə Ədliyyə Departamenti müraciəti rədd edib.

AzVision.az





Teqlər:



Xəbər lenti