BMT-nin Baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinə hücumu pisləyib

   BMT-nin Baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinə hücumu pisləyib
  15 Noyabr 2025    Oxunub:891
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumu qınayıb.
AzVision.az BMT-yə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik ənənəvi olaraq keçirdiyi mətbuat konfransında deyib. Dujarrik BMT-nin Baş katibinin Ukraynanın genişmiqyaslı raket və dron zəbələrinə tutulmasını və bunun nəticəsində Kiyevdə 6, Çernomorsk şəhərində isə 2 mülki şəxsin həlak olmasını qətiyyətlə pislədiyini açıqlayıb.

BMT-nin sözçüsü diqqətə çatdırıb ki, raket hücumları zamanı çoxsaylı mülki obyektlərə, enerji infrastrukturuna və Azərbaycan Respublikasının səfirliyinə ciddi ziyan dəyib. O, mülki infrastrukturun və diplomatik nümayəndəliklərin atəşə tutulmasının beynəlxalq humanitar hüquqa zidd və yolverilməz olduğunu vurğulayıb.

BMT rəsmisi bildirib ki, Baş katib Antonio Quterreş çağırış edərək atəşin tamamilə dayandırılmasını, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını, beynəlxalq hüququn və BMT-nin nizamnaməsinin bərqərar olmasını istəyir.

AzVision.az


Teqlər: Azərbaycan   səfirlik   BMT  



Xəbər lenti