Xıdırlıda daha 50 ailə mənzillə təmin olunub - Fotolar

Xıdırlıda daha 50 ailə mənzillə təmin olunub -   Fotolar
  15 Noyabr 2025    Oxunub:1023
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 15-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu mərhələdə Xıdırlı kəndində 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




AzVision.az



Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti