Hikmət Hacıyev: "Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələrimiz siyasi formata çevrilir"

      Hikmət Hacıyev:    "Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələrimiz siyasi formata çevrilir"
  16 Noyabr 2025    Oxunub:943
"Ölkələrimiz arasında tarixi, mədəni, mənəvi əlaqələr var".
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib.

H.Hacıyev qeyd edib ki, son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını görürük.

“Cənab Prezident İlham Əliyevin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Mərkəzi Asiya ölkələri tərəfindən konsultativ bu format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir", - deyə o bildirib.
AzVision.az



Teqlər:



Xəbər lenti