İranda su problemi | Buludlara "toxum" səpilir

      İranda su problemi    | Buludlara "toxum" səpilir
  17 Noyabr 2025    Oxunub:431
İranın əksər şəhərlərində, o cümlədən paytaxt Tehranda xüsusən yağış yağmaması, anbarlarının boşalması ucbatından üzə çıxmış su qıtlığı və quraqlıqla mübarizə çərçivəsində buludlara "yağış toxumu" səpilməsi prosesinə başlanılıb.
Bu barədə İranın dövlət xəbər agentliyi (IRNA) məlumat yayıb. Bildirilib ki, prosesin ilk mərhələsi qurumuş Urmiya gölü üzərində yerinə yetirilib. Məlumata əsasən, bu tədbir Şərqi və Qərbi Azərbaycan vilayətlərində də həyata keçiriləcək.
Susuz İran: Regionda potensial böhran

Məlumat üçün diqqətə çatdıraq ki, buludlara "yağış toxumu" səpilməsi prosesi həm yer üzündən müvafiq stansiyalar vasitəsilə, həm də havadan xüsusi təyyarələrlə aparılır. Buludlara gümüş yodid, kalium yodid və bu qəbildən kimyəvi maddələr səpilir. Həmin maddələr buludlarda su buxarının mayeyə çevrilməsi prosesini sürətləndirərək yağış əmələ gətirir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   su   böhran   bulud   toxum  



Xəbər lenti