Rusiya Xarkov vilayətinə zərbələr endirib: ölənlər var

   Rusiya Xarkov vilayətinə zərbələr endirib:    ölənlər var
  17 Noyabr 2025    Oxunub:886
Rusiyanın Ukraynanın Xarkov vilayətinin Balakleya yaşayış məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində 8 nəfər yaralanıb. İlkni məlumata görə, bir nəfər ölüb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Xarkov vilayətinin Hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov öz Tekegram-kanalında bununla bağlı paylaşım edib.

“Xəsarət alanlar arasında 14 və 12 yaşlı iki uşaq da var. 61 yaşlı kişi də həkimə müraciət edib və xəstəxanaya yerləşdirilib. Yaşayış binalarına və parklanmış avtomobillərə ziyan dəyib. Raketlərin hücum etdikləri yerlərdə təcili tibbi yardım briqadaları işləyir”, - administrasiya rəhbəri bildirib.

Dünən axşam isə Xarkov vilayətinin Balakleya şəhərinin Hərbi administrasiyasının rəhbəri Vitali Karabanov pilotsuz təyyarə hücumu nəticəsində bütün ərazidə elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Onun sözlərinə görə, raket zərbələri 3 nəfərin ölümünə səbəb olub. Aralarında 3 uşaq olmaqla 10 adam isə yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Xarkov   zərbələr  



Xəbər lenti