ABŞ-də əcnəbi tələbələrin sayı azalır

   ABŞ-də əcnəbi tələbələrin sayı azalır
  17 Noyabr 2025    Oxunub:666
ABŞ hökumətinin viza qaydalarını sərtləşdirməsi ucbarından cari tədris ilində bu ölkədəki universitetlər üzrə əcnəbi tələbələrin sayı əvvəlki tədris ili ilə müqayisədə 17% aşağı düşüb.
Bu barədə "The New York Times" qəzeti ABŞ Beynəlxalq Təhsil İnstitutunun hesabatına istinadən məlumat yayıb. 825 universiteti əhatələyən hesabata əsasən, bu ali təhsil müəssisələrinin 57%-ndə birinci kursda oxuyan əcnəbi tələbələrin sayı azdır.

Bildirilib ki, əcnəbi tələbələrin onların ən çox maraq göstərdikləri magistratura proqramlarına qəbulda payı isə cari ildə 12% azalıb.

Məlumata görə, son illər əsasən viza qaydalarının sərtləşdirilməsi ilə əlaqədar ABŞ-yə xaricdən oxumağa gələnlərin sayı azalma tempindədir. 2024-cü ildə də müvafiq göstərici 2023-cü ilin tədris ili ilə müqayisədə 7% aşağı idi.

Xatırladaq ki, ABŞ hökuməti 2025-ci ilin may ayının axırlarında yeni əcnəbi tələbələr üçün viza müsahibələrini dayandırıb. Avqust ayında isə ABŞ Daxili Təhlükəsizlik Departamenti mübadilə proqramı çərçivəsində tələbələrin bu ölkədə qalmalarını müəyyən müddətlə məhdudlaşdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   universitet   əcnəbi   tələbə  



Xəbər lenti