BTİ-nin Baş katibi: WTDC-2025 konfransının səmərəli keçəcəyinə inanıram

   BTİ-nin Baş katibi:    WTDC-2025 konfransının səmərəli keçəcəyinə inanıram
  17 Noyabr 2025    Oxunub:759
Azərbaycanda keçirilən builki Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının (WTDC-2025) səmərəli əməkdaşlıq, innovasiya və qarşılıqlı dəstək şəraitində keçəcəyinə inanıram.
Bu sözləri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi xanım Dorin Boqdan-Martin Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının açılış mərasimində çıxışında deyib. Boqdan-Martin bildirib ki, budəfəki konfrans MDB regionunda keçirilən ilk konfrans kimi tarixə düşür.

Dayanıqlı telekommunikasiya infrastrukturunun, süni intellektə hazırlığın və kosmik davamlılığın təmin edilməsi istiqamətində səyləri daha da gücləndirməyin vacibliyini vurğulayan Baş katib əlavə edib ki, rəqəmsal texnologiyalar artıq bütün beynəlxalq gündəliklərdə mühüm yer tutur və BMT-nin COP30 çərçivəsində həyata keçirdiyi “Yaşıl rəqəmsal hərəkət” təşəbbüsü də bunu bir daha təsdiqləyir.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. Tədbir noyabrın 28-dək davam edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti