Polşa-Ukrayna dəmir yolu zədələnib
Qatarda iki sərnişin və bir neçə ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq alternativ marşruta yönəldilib.
“Daxili İşlər naziri ilə daim əlaqə saxlayıram. Ola bilsin ki, bu, söhbət təxribat aktından gedir”, -Polşanın baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb.
Yerli medianın məlumatına görə, dəmir yolunun zədələnmiş hissəsi Varşavanı “Dorohusk” sərhəd keçid məntəqəsi ilə birləşdirən strateji xəttin bir hissəsidir.
Bundan əvvəl Polşada təxribat törətməyə hazırlıqda şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlar hərbi obyektlərin və mühüm infrastruktur obyektlərinin kəşfiyyatını aparmaqda şübhəli bilinirlər.
Yeri gəlmişkən, Ploşadan Ukraynaya hərbi və digər yardımları çatdıran logistika infrastrukturunun vurulması barədə Rusiyada ekspertlər səviyyəsində dəfələrlə çağırışlar səsləndirilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Polşa Ukrayna magistral







Vaxtında, Aydın, Lazımlı!


