Polşa-Ukrayna dəmir yolu zədələnib

Polşa-Ukrayna dəmir yolu zədələnib
  17 Noyabr 2025    Oxunub:781
Polşada Ukraynaya gedən dəmir yoluna xətər yetirilib. Rəsmi Varşava təxribatı istisna etmir.
AzVision.az Polşa mətbuatına istinadən xəbər verir ki, hadisə Demblin-Varşava magistralının Şiçin şəhəri yaxınlığında baş verib. Qatarı idarə edən dəmir yol relsinin qırıldığını görüb və təcili yardıma müraciət edib.

Qatarda iki sərnişin və bir neçə ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq alternativ marşruta yönəldilib.

“Daxili İşlər naziri ilə daim əlaqə saxlayıram. Ola bilsin ki, bu, söhbət təxribat aktından gedir”, -Polşanın baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb.

Yerli medianın məlumatına görə, dəmir yolunun zədələnmiş hissəsi Varşavanı “Dorohusk” sərhəd keçid məntəqəsi ilə birləşdirən strateji xəttin bir hissəsidir.

Bundan əvvəl Polşada təxribat törətməyə hazırlıqda şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlar hərbi obyektlərin və mühüm infrastruktur obyektlərinin kəşfiyyatını aparmaqda şübhəli bilinirlər.

Yeri gəlmişkən, Ploşadan Ukraynaya hərbi və digər yardımları çatdıran logistika infrastrukturunun vurulması barədə Rusiyada ekspertlər səviyyəsində dəfələrlə çağırışlar səsləndirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Ukrayna   magistral  



Xəbər lenti