Lənkəranda fermada iki nəfərin yanmış meyiti tapılıb

   Lənkəranda fermada iki nəfərin yanmış meyiti tapılıb
  17 Noyabr 2025    Oxunub:579
Lənkəranda 2 nəfərin yanmış meyiti aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti