Rəhbəri prezidentlə görüşən bank – ARAYIŞ

Rəhbəri prezidentlə görüşən bank – ARAYIŞ
  24 Aprel 2013    Oxunub:1571
Dünən prezident İlham Əliyev “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bəs bu, nə bankdır? AzVision.az dünyanın ən nəhəng banklarından biri haqqında informasiyanı təqdim edir.


“Commerzbank AG” bankı 1870-ci ildə Hamburqda yaşayan biznesmenlər və bankirlər tərəfindən yaradılıb. Bankın təməli İngiltərənin London şəhərində qoyulsa da, birinci Dünya Müharibəsinə qədər yalnız Hamburqda fəaliyyət göstərib. 1897-ci ildə ilk şöbəsi Berlində açılıb.

1920-ci ildə Maqdeburqda olan “Mitteldeutschen Privatbank AG” bankı “Commerzbank AG” ilə birləşincə, şirkətin adı “Commerz-und Privatbank AG” olaraq dəyişdirilib. Sonra şirkətin səhmləri birjaya çıxarılıb.

Hazırda “Commerzbank AG” bankı Almaniyanın ən əhəmiyyətli 30 şirkətinin adının olduğu DAX Alman Birja indeksində yer tutur.

“Commerzbank AG” 615 milyard avro məbləğində büdcəsi olan, Avropanın ən böyük əmlak bankı “Eurohypo”ni öz nəzarəti altına aldıqdan sonra, dünyanın ən böyük ikinci bankına çevrilib.

Commerzbank AG” bankının mərkəzi Mərkəzi Almaniyanın Frankfurt şəhərində yerləşir.


Teqlər:  





Xəbər lenti