İrəvanda “Tramp Marşrut”u müzakirə olunub

İrəvanda “Tramp Marşrut”u müzakirə olunub
  17 Noyabr 2025    Oxunub:680
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda keçirilən görüşdə “Tramp Marşrutu” layihəsinə hazırlıq məsələlərini müzakirə ediblər.
AzVision.az Ermənistan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tərəflər bu layihənin daha böyük nəqliyyat və digər kommunikasiyalar şəbəkəsinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar. Görüş zamanı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləri də müzakirə olunub.

“Həmsöhbətlər enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər. Mirzoyan Ermənistan-Amerika ikitərəfli gündəliyinin genişləndirilməsinə yönəlmiş siyasi dialoqun fəal dinamikasını qeyd edib”, - xəbərdə deyilir.

ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Bundan başqa, Vaşinqton və İrəvan “Tramp Marşrutu”nu reallaşdırmaq üçün ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərlik etdiyi birgə işçi qrupu yaradıb.

Tərəflər avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işləri qeyd ediblər.

ABŞ Dövlət departamentinin mətbuat xidməti bildirib ki, Elison Huker bu həftə Azərbaycana da səfərə gələcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Ermənistan   TRİPP  



Xəbər lenti