Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb

Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb
  17 Noyabr 2025    Oxunub:361
Konqo Demokratik Respublikasının (KDR) Mədən Naziri Luis Uatum Kabamba və onun heyətini daşıyan təyyarə "Kolwezi" aeroportuna eniş zamanı zolaqdan çıxıb və alovlanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat katibi açıqlama yayıb.

Məlumata görə, təyyarədə olan təxminən 20 nəfər sərnişin yanğın başlamazdan əvvəl təhlükəsiz şəkildə təxliyə edilib, lakin baqaj zədələnib.

Bildirilib ki, Kabamba və digər rəsmilər "Kolwezi" mədəninə gedirdilər. Sözügedən mədəndə bir neçə gün əvvəl baş vermiş mədən qəzasında çox sayda işçi həlak olmuşdu.

AzVision.az





Teqlər:



Xəbər lenti