Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir
17 noyabr tarixində nümayəndə heyəti öz işinə başlayıb. İlk görüş ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş tutub.
Daha sonra nümayəndə heyəti ABŞ-nin bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresinin üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.
Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust- Vaşinqton Sammitindən sonra Azərbaycan – ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.
Sonrakı günlərdə nümayəndə heyətinin ABŞ dövlət departamenti, ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin mərkəzlərinin nümayəndələri və Azərbaycan – ABŞ Ticarət Palatasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər 21 noyabr tarixinədək davam edəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


