Türkiyədə məmurlar və hərbçilər saxlanılıb

Türkiyədə məmurlar və hərbçilər saxlanılıb
  18 Noyabr 2025    Oxunub:768
Ankaranın Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfər haqqında həbs qərarı çıxarıb. Onlardan 8-i hazırkı hərbi qulluqçu, 10-u isə istefada olan və ya tərxis olunanlardır. Daha üç nəfər dövlət qulluqçusudur.
AzVision.az Ankara Baş Prokurorluğun məlumatına istinadən xəbər verir ki, şübhəlilər FETÖ-nün qondarma “məxfi xidməti” ilə əlaqəlidirlər. Onların Türkiyə paytaxtının müxtəlif yerlərində öz kuratorları ilə əlaqə saxlamaq üçün stasionar telefonlardan istifadə etdikləri məlum olub.

Hazırda Türkiyənin 9 vilayətində şübhəli şəxslərin eyni vaxtda tutulması üzrə əməliyyatlar aparılır.

Xatırladaq ki, Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra FETÖ hərəkatı Fars körfəzi ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı elan olunub. 2024-cü il oktyabrın 20-də təşkilatın lideri Fətullah Gülən ABŞ-də xəstəxanada vəfat edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   həbslər  



Xəbər lenti