Stubb: “İndi Rusiyaya qarşı “qamçı” siyasəti aparılır”

      Stubb:    “İndi Rusiyaya qarşı “qamçı” siyasəti aparılır”
  18 Noyabr 2025    Oxunub:640
Rusiya-Ukrayna müharibəsinin həlli yollarını tapmaq üçün Avropa gec-tez Moskva ilə birbaşa dialoqa getməli olacaq.
AzVision.az xəbər verir ki, Finlandiyanın prezidenti Aleksandr Stubb “Politico” nəşrinə müsahibəsində belə deyib.

O, Avropa ölkələrinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq aparması zərurəti barədə əvvəllər Macarıstanın baş naziri Viktor Orbanın açıqlaması ilə bağlı sualın cavabında vurğulayıb.

“Birbaşa danışıqların vaxtı çatanda, bu, nə vaxtsa gələcək, onu əlaqələndirmək lazımdır. Məncə, atəşkəsə aparan ən təsirli yol eyni zamanda Kiyevi dəstəkləməklə yanaşı, Moskvaya təzyiqi saxlamaqdır”, - Finlandiya prezidenti bildirib.

Aleksandr Stubb, həmçinin ABŞ-nin diplomatik səylərdə aparıcı rolundan oduğunu və Rusiyaya qarşı sanksiyalar paketini genişləndirən Vaşinqtonun düzgün addım atdığını söyləyib.

- ABŞ prezidenti Donald Tramp artıq Alyaskada Putinlə görüşlər zamanı və telefon danışıqlarında “kökə”dən istifadə etməyə çalışdı. Hazırda isə biz Rusiyaya qarşı “qamçı” rejimindəyik”, - Finlandiya prezidenti iddia edib.

Aleksandr Stubb daha əvvəl Rusiya və ABŞ liderləri arasında potensial görüşün Moskvanın istifadə etmədiyi bir fürsət olduğunu bildirib.

Onun fikrincə, ABŞ-nin Dövlət katibi Marko Rubio Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışdıq zamanı “rusların mövqeyinin bir qarış belə dəyişmədiyini” “Trampı sövdələşmə və ya buna bənzər nəsə əldə etməyəcəyi vəziyyətə salmağın mənasız olduğunu” anladıqdan sonra planlaşıdırlan görüş baş tutmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Stubb   Rusiya   qamçı  



Xəbər lenti