Karapetyanın həbs müddəti uzadılıb

Karapetyanın həbs müddəti uzadılıb
  18 Noyabr 2025    Oxunub:702
Ermənistan məhkəməsi “Tashir Group” şirkətlər qrupunun sahibi, iş adamı Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb.
Karapetyanın vəkili Aram Vardevanyan bildirib ki, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edərək Karapetyanın həbs müddətinin uzadılması barədə qərar verib. Müdafiə tərəfi iş adamına qarşı irəli sürülən bütün ittihamların saxtalaşdırıldığını və qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Yerevan məhkəməsi hakimiyyətin devrilməsinə çağırışda ittiham olunan Karapetyanın həbsini daha bir ay uzatmışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti