Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək
  18 Noyabr 2025    Oxunub:360
19.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, Lomonosov, Çerniyakov, H.B.Əliyev, Dağlıq, G.Əliyev, Y.Mürsəlov, A.İsmayılov küçələrinin və 2-ci yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti