Eyni zamanda, iştirakçılara “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mexanizmləri, informasiya sahibləri, informasiya sorğularına cavab verilməsi qaydaları, eləcə də məsuliyyət yaradan hallar barədə ətraflı təqdimatlar edilib.
Daha sonra sual-cavab və açıq müzakirə zamanı iştirakçılar öz təcrübələrindən irəli gələn situasiyalar üzrə suallarını ünvanlayıblar. Ombudsman Aparatının nümayəndələri tərəfindən həmin suallar ətrafında izahlar və praktiki tövsiyələr verilib. Sonda Müvəkkilin təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


