Boşanmaya görə 40 min cərimə

   Boşanmaya görə 40 min cərimə
  19 Noyabr 2025    Oxunub:653
Bryansk regional Dumasında “Vahid Rusiya” partiyasından olan deputat Mixail İvanov rusiyalılara boşanmaya görə 40 min rubl cərimə tətbiq etmək təklifini verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deputat bu təşəbbüsü Ümumdünya Rusiya Xalq Yığıncağının sessiyasında irəli sürüb.

Eyni zamanda, deputat nikaha daxil olan vətəndaşlara 20 min rubl ödəməyi təklif edib. Onun sözlərinə görə, boşanma üçün cərimə məhdud büdcə kontekstində “balanslaşdırıcı amil” rolunu oynaya bilər.

Ivanov həmçinin Rusiya qanunvericiliyində “analıq və uşaqlığın gözdən salınmasına” qadağanın təsbit edilməsinin tərəfdarı olduğunu bildirib. Deputatın fikrincə, bunun üçün “valideynlərin uşaqlarla münasibətində özbaşınalığa” qadağa qoyulmalıdır.

Qeyd edək ki, 2025-ci ildən başlayaraq Rusiyada boşanma rüsumu 650-dən 5000 rubla yüksəlib.

Ümumrusiya İctimai Rəy Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, rusiyalıların 33% boşanma səbəbi kimi yoxsulluq və ailələrini təmin edə bilməməyi, 15%-i qarşılıqlı anlaşmanın olmamasını, 14%-i isə xəyanət və qısqanclığı göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   boşanma   cərimə  



Xəbər lenti