Zelenski Ankaraya gedir

   Zelenski Ankaraya gedir
  19 Noyabr 2025    Oxunub:703
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedəcək.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran özünün "X" hesabında məlumat yayıb. Bildirib ki, tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı Rusiya-Ukrayna müharibəsinin cari vəziyyəti haqqında müzakirə aparacaqlar.

Eyni zamanda, müharibənin həlli istiqamətində atılan addımlar, o cümlədən İstanbul şəhərində baş tutmuş danışıqlar qiymətləndiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   prezident   Türkiyə   səfər  



Xəbər lenti