Axios: “ABŞ və Rusiya gizli plan hazırlayır”

      Axios:    “ABŞ və Rusiya gizli plan hazırlayır”
  19 Noyabr 2025    Oxunub:700
Tramp administrasiyası Rusiya ilə gizli şəkildə Ukraynada müharibəni bitirmək üçün yeni plan üzərində işləyir.
AzVision.az xəbər verir ki, amerikalı və rusiyalı məmurlara istinad edən Amerikanın “Axios” portalının məlumatına görə, plan dörd əsas kateqoriyaya bölünən 28 bənddən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

“ABŞ planla bağlı Ukrayna və Avropa nümayəndələrini məlumatlandırır. Bununla belə, sənədin işğal olunmuş Ukrayna əraziləri ilə bağlı məsələlərin necə həllini təklif etdiyi, Kiyevin döyüşləri dayandırmaq üçün daha çox torpaq güzəştinə getməsi barədə Kremlin tələblərinə necə cavab verdiyi aydın deyil”, - Ağ Evdəki mənbəyə istinad edən “Axios” yazır.

Yermakın başının üstünü “qara bulud”lar alır
Portal bildirir ki, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftənin əvvəlində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə yeni planı müzakirə edib.

Sənədi müzakirə etmək üçün Uitkoffun noyabrın 19-da Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşəcəyi gözlənilirdi, lakin Trampın xüsusi nümayəndəsi son anda Ankarya səfərini ləğv edib.

Yeri gəlmşikən, bundan əvəvl Stiven Uitkoffun Ukrayan prezidenti ofisinin rəhbəri Andrey Yermakla da görüşməkdən imtina etdiyi açıqlanıb. Mənbələr bunun daha çox Yermakın Ukraynada yaşanan korrupsiya qalmaqalında iştirakının aşkarlanması ilə əlaqələndirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   plan  



Xəbər lenti