Agentlik doqquz ayda 864 vətəndaş müraciətinə baxıb

Agentlik doqquz ayda 864 vətəndaş müraciətinə baxıb
  19 Noyabr 2025    Oxunub:652
2025-ci ilin yanvar-sentyabr ayları ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ümumilikdə 864 vətəndaş müraciətinə baxılıb, onlardan 59 faizi təmin edilib.
Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 3 dəfəyədək artım müşahidə olunub. Rəqabət siyasətinin əsas prinsiplərindən biri istehlakçıların və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunmasıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti