Gələn il təhsil və səhiyyəyə 8.9 milyard ayrılacaq

   Gələn il təhsil və səhiyyəyə 8.9 milyard ayrılacaq
  19 Noyabr 2025    Oxunub:616
Gələn ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur.

S. Babayev əlavə edib ki, milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni, 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq.


AzVision.az


Teqlər:



Xəbər lenti