Rusiya Ukraynaya dron və raketlərlə zərbələr endirib

Rusiya Ukraynaya dron və raketlərlə zərbələr endirib
  19 Noyabr 2025    Oxunub:952
Noyabrın 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə 470-dən çox hücum pilotsuz təyyarəsi və 48 müxtəlif tipli raket atıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Ternopolda doqquz mərtəbəli yaşayış binalarının vurulması nəticəsində yanğınlar baş verib. Təəssüf ki, binalara ciddi ziyan dəyib, insanlar dağıntılar altında qala bilər. Hazırda onlarla insanın yaralandığı və təəssüf ki, 9 nəfərin öldüyü məlumdur”, - Zelenski yazıb.

Ukrayna lideri Xarkovun da bu gecə kütləvi tətilə məruz qaldığını, o cümlədən uşaqlarda olmaqla, onlarla insanın yaralandığını bildirib. Ərazidə elektrik, nəqliyyat və mülki infrastruktura ziyan dəyib. İvano-Frankovsk vilayətində elektrik şəbəkəsinə hücum edilib, ikisi uşaq olmaqla üç nəfər yaralanıb.

- Lvov vilayətində kritik infrastruktur və enerji obyektləri hədəfə alınıb. Donetsk vilayətində bir nəfər yaralanıb. Kiyev, Nikolayev, Çerkassı, Çerniqov və Dnepr vilayətləri də vurulub”, - Ukrayna prezidentinin paylaşımında deyilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti