NVIDIA Ermənistana böyük məbləğdə sərmayə qoyacaq

NVIDIA Ermənistana böyük məbləğdə sərmayə qoyacaq
  19 Noyabr 2025    Oxunub:1105
İnformasiya Texnologiyaları (İT) üzrə nəhəng NVIDIA şirkəti Ermənistanda süni intellektə (Sİ) 1,5 milyard dollar sərmayə qoyacaq ki, bu da daha əvvəl elan edilmiş 0,5 milyard dollarlıq yatırımı üç dəfə üstələyir.
AzVision.az xəbər verir ki, Ermənistanın müxalif “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan belə deyib.

Xatırladaq ki, 2025-ci ildə NVIDIA Amerikanın “Firebird” startapı və Ermənistan hökuməti ilə tərəfdaşlıq barədə məlumar açıqlayıb. Layihə 2026-cı ilə qədər dəyəri təxminən 500 milyon dollar olan yüksək texnologiyalı süni intellekt (Sİ) fabrikinin tikintisini nəzərdə tutur.

Obyektin dəqiq yeri hələ açıqlanmayıb, lakin məlumdur ki, gələcək sistemin arxitekturası irimiqyaslı GPU-fermalara (bir neçə video-kardan ibarət sistem), o cümlədən minlərlə yeni nəsil qrafik prosessorlara əsaslanacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NVIDIA   Ermənistan   sərmayə  



Xəbər lenti