Qəzaya uğrayan Türkiyə təyyarəsinin qara qutusu açılır

 Qəzaya uğrayan Türkiyə təyyarəsinin qara qutusu açılır
  19 Noyabr 2025    Oxunub:737
Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qalıqları Türkiyəyə aparılıb.
"Anadolu ajansı"nın rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, artıq təyyarənin qara qutularının açılması, habelə qalıqlar üzərində xüsusi təhqiqat aparılması istiqamətində işlərə başlanılıb. Bildirilib ki, qəzanın dəqiq səbəbi məhz bu prosesin nəticəsində aydınlaşacaq. Eyni zamanda, hadisənin meydana gəldiyi sərhədyanı ərazidə də müvafiq araşdırma işləri görülməkdədir.

Xatırladaq ki, noyabrın 11-də Gəncədən Türkiyəyə doğru havaya qalxan hərbi təyyarə Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisədə hava gəmisinin bütün ekipajı (20 hərbçi) həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   təyyarə   qəza   qara-qutu   təhlil  



Xəbər lenti