Uitkoffun HƏMAS lideri ilə də görüşü ləğv olunub

Uitkoffun HƏMAS lideri ilə də görüşü ləğv olunub
  19 Noyabr 2025    Oxunub:935
Vaşinqton ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Fələstin HƏMAS hərəkatının lideri Xəlil əl-Haye arasında noyabrın 19-da İstanbulda keçirilməsi planlaşdırılan görüşü ləğv etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Al Arabiya” telekanalının məlumatına görə, görüşün ləğvi qərarı ilk növbədə İsrailin tənqid və təzyiqləri ilə bağlıdır.

“Təl-Əvivin fikrincə, HƏMAS lideri ilə danışıqlar ABŞ tərəfindən hərəkatın tanınması kimi qəbul edilə bilər. İsrail bunun Qəzzadakı vəziyyətin nizamlanması üzrə Amerika planını həyata keçirmək üçün radikal qrupla dolayısı danışıqları daha da çətinləşdirəcəyindən ehtiyatlanır”, - məlumatda vurğulanır.

Yermakın başının üstünü “qara bulud”lar alır
ABŞ prezidentinin xüsusi nümayəndəsi və HƏMAS lideri daha əvvəl oktyabr ayında Misirdə Qəzzada atəşkəs sazişi bağlamazdan əvvəl görüşmüşdülər. Həmin danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak edib.

Xatırladqaq ki, bundan əvvəl Stiven Uitkoffun Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermakla planlaşdırılan görüşlərinin də ləğv olunduğu açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Uitkoff   HƏMAS   görüş  



Xəbər lenti