"YouTube" köhnə funksiyasını yenidən aktivləşdirir

 "YouTube" köhnə funksiyasını yenidən aktivləşdirir
  20 Noyabr 2025    Oxunub:700
"YouTube" video platforması 2019-cu ilin sentyabrında dayandırdığı birbaşa mesajlaşma funksiyasını yenidən aktivləşdirmək üçün sınaqlara başlayıb.
Xarici mətbuatda yayılan məlumata əsasən, şirkət diqqətə çatdırıb ki, sözügedən funksiyanın yenidən istifadəyə verilməsi istifadəçilərin xüsusi tələbi ilə əlaqədardır. Birbaşa mesajlaşma imkanı ilkin sınaq mərhələsində yalnız İrlandiya və Polşada əlçatan hala gətirilib.

Gələcək rəylər əsasında funksiyanın qlobal miqyasda açılıb-açılmayacağına növbəti mərhələdə qərar veriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: YouTube   funksiya   mesajlaşma  



Xəbər lenti