Dəliqanlı hava sərnişinlərinə qarşı sərt tədbirlər
“Yeni tədbirlər sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin qorunmasına yönəlib. İnsidentlərin qeydə alınması üçün xüsusi məlumat bazası yaradılacaq və pozuntunun şiddətindən asılı olaraq sanksiyalar qiymətləndirilir”, - Fransanın Nəqliyyat naziri Filipp Tabaro deyib.
Təyyarələrin göyərtəsində aqressiya, təhqir, gizli siqaret çəkmə, dava-dalaş və digər qaydalara zidd davranış hallarının sayının artdığı bildirilir.
Beynəlxalq Hava Nəqliyyatı Agentliyinin (IATA) məlumatına görə, 2024-cü ildə hər 395 uçuşun birində belə hadisə baş verib; Avropada hər ay 200 ilə 500 arasında hal qeydə alınır. Fransada sərnişinlərin 25%-i təyyarələrdə qeyri-münasib davranışla rastlaşdıqlarını bildiriblər və keçən il fransız hava yolları hər 1000 uçuşa 40 insident qeydə alıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Fransa təyyarə sərnişinlər







Vaxtında, Aydın, Lazımlı!


