Epşteyn işi üzrə sənədlər açılır
Sənədlərin açılması həmçinin onun sələfi Bill Klinton və Demokratlar Partiyasının başqa nümayəndələri də haqqında həqiqəti ortaya çıxaracaq.
Xatırladaq ki, ötən günlərdə Cefri Epşteynin qurbanları ABŞ Konqresinə videomüraciət ünvanlayaraq, konqresmenləri iş üzrə materialların açılması məqsədilə səsvermə keçirməyə çağırıblar. Donald Tramp sözügedən materialların ictimaiyyətə açılmasına əvvəllər öz etirazını bildirib, qanun layihəsinin müzakirəsində bu addımı dəstəkləyən konqresmenləri sərt tənqid atəşinə tutub. Hərçənd keçən həftə qurbanların, eyni zamanda, Respublikaçılar Partiyası nümayəndələrinin təzyiqi nəticəsində mövqeyini dəyişib.
ABŞ-də pedofiliya və fahişəlik şəbəkəsi yaratmaqda təqsirləndirilən milyarder Cefri Epşteyn 2019-cu ilin avqust ayının 10-da saxlanıldığı Menhetten Mərkəzi Həbsxanasında müəmmalı şəkildə ölü tapılıb. Bu hadisə ilə əlaqədar indiyədək yayımlanmış sənədlərdə Cefrinin "xidmətlərindən yararlanmış" bir çox məşhur şəxsin adları hallanır. Onların arasında çoxlu dövlət və hökumət xadimləri, o cümlədən Bill Klinton və Donald Tramp, İsrailin sabiq prezidenti Ehud Barak, habelə incəsənət nümayəndələri, məsələn, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziyaçı Devid Kopperfild və başqaları da var.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Epşteyn-işi sənədlər







Vaxtında, Aydın, Lazımlı!


