Ukrayna səfirliyində anım kitabı açılıb

   Ukrayna səfirliyində anım kitabı açılıb
  20 Noyabr 2025    Oxunub:326
Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.
AzVision.az xəbər verir ki, matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.

Bildirilib ki, başsağlığı vermək üçün aşağıdakı ünvana məktub göndərmək olar: [email protected].

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti