Avropa çaşqınlıq içindədir

Avropa çaşqınlıq içindədir
  20 Noyabr 2025    Oxunub:1104
ABŞ-nin G20 Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək sammitində iştirakdan imtina etməsi bu təsisatı qlobal təşəbbüslərin əlaqələndirilməsi platforması kimi gələcəyini sual altına qoyur.
AzVision.az xəbər verir ki, adı çəklməyən avropalı diplomata istinad edən Böyük Britaniyanın “Financial Times (FT)” nəşri belə məlumat yayıb.

“Vəziyyət acınacaqlıdır. Amerikanın iştirakı olmadan həqiqətən heç nə əldə edə bilmərik. ABŞ-nin boykotu əvvəllər iqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı sammit çərçivəsində əldə olunmuş razılaşmaları şübhə altına alır”, - qəzet yazır.

Xatırladaq ki, noyabrın əvvəllərində ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Amerika nümayəndələrinin G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O, forumun Cənubi Afrikada keçirilməsini “rüsvayçılıq” adlandıraraq, zorakılıq üçün hədəf alındığına inandığı ağdərililərin insan hüquqlarının vəziyyətini əsas gətirib.

“Böyük Yeddilik” liderlərinin Zirvə görüşü noyabrın 22-də açılacaq və iki gün davam edəcək. Onun gündəliyi üç prinsipə əsaslanır: həmrəylik, bərabərlik və davamlı inkişaf. Sammitin sədri və CAR-ın prezidenti Siril Ramafosa Yohannesburq görüşünün əsas məqsədlərindən birinin Qlobal Cənubun dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə mövqeyini gücləndirmək olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   G20   Avropa   çaşqınlıq  



Xəbər lenti