“Hələ ki, bu, bizim üçün heç bir nəticə verməyib. Ona görə də mən hesab edirəm ki, mənim vəzifəm Qərb ölkələrinin Rusiyaya təzyiqlərinin və Ukraynaya dəstəyinin artırmasınının davamlı olmasını təmin etməkdir. Çünki bu, həqiqətən də atəşkəs şansını artıra bilər”, - İsveç XİN-in rəhbəri “Politico” nəşrinə müsahibəsində deyib.
|
| ABŞ-nin Ukrayna üzrə sülh planı | Təfərrüatlar |
- Mən Rusiyaya qarşı sanksiyaların 100 paketi görmək istərdim”, - xanım Mariya Stenerqard vurğulayıb.
Yeri gəlmişkən, oktyabr ayında Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib. Bu ay isə, Maliyyə Xidmətləri, İqtisadi Birlik və İnvestisiya üzrə Avropa Komissarı Maria Luiş Albuqerge Brüsselin 20-ci sanksiyalar paketi hazırladığını açıqlayıb.
Xatırladaq ki, Qərbin bir sıra məşhur media qurumalrı ABŞ-nin Ukrayna üzrə yeni sülh planını Kiyevə təqdim etdiyi barədə məlumat yayıblar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


