Rusiyada səfirə hücum olub

Rusiyada səfirə hücum olub
  20 Noyabr 2025    Oxunub:985
Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Sankt-Peterburq şəhərində hücuma məruz qalıb.
AzVision.az bildirir ki, Polşa Xarici İşlər nazirliyinin nümayəndəsi Matsey Veviora istinad edən “Gazeta Wyborcza” nəşrinin məlumatına görə, Kşiştof Krayevskiyə hücum noyabrın 16-da baş verib.

“Hadisə səfir Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Rusiya şəhərinə gələndə baş verib. Günortaya yaxın o, konsulun müşayiəti ilə İsgəndəriyyə Müqəddəs Yekaterina kilsəsində Polşa duasına gedərkən, aqressiv rus “fəalları” qrupu tərəfindən mühasirəyə alınıb”, - xəbərdə deyilir.

Polşada Rusiyanın sonuncu konsulluğu bağlanır
Onların əllərində Polşa və Ukrayna əleyhinə şüarlar yazılmış plakatlar daşıdıqları və Varşavanın Kiyevə yardımı üçün səfirə hücum etdikləri bildirilir.

- Əvvəlcə bu, şifahi təhqir idi, lakin sonra açıq-aydın fiziki güc tətbiq etmək cəhdi olub. Onda səfirin mühafizəçiləri hadiəsəyə müdaxilə ediblər”, - Matsey Vevior deyib.

Xatırladaq ki, bu il yanvarın 8-də Varşava polşalı və xarici diplomatların, eləcə də Polşa diasporunun iştirakı ilə Sankt-Peterburqdakı Polşa Baş Konsulluğunu bağlayıb.

Yeri gəlmişkən, soz günlər Polşadan Ukraynaya gedən dəmir yolunda törədilən təxribatdan sonra Varşava Polşa ərazisində fəaliyyət göstərən sonuncu Rusiya konsulluğunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Polşa   Rusiya   səfir  



Xəbər lenti