Qazaxıstan və Ermənistan arasında uçuşların bərpası planlaşdırılır

   Qazaxıstan və Ermənistan arasında uçuşların bərpası planlaşdırılır
  21 Noyabr 2025    Oxunub:878
Qazaxıstan hökuməti Ermənistanla hava nəqliyyatını yenidən canlandırmağı nəzərdən keçirir.
Bu barədə Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumangarin yerli mətbuata açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, hazırda uçuşların bərpası istiqamətində əsas maneələrdən biri İrəvan Beynəlxalq Hava Limanında xidmətin bahalığıdır: burada xidmətin qiyməti adambaşına təqribən 65, reaktiv yanacağın tonuna görə isə 1248 dollardır.

"İndiki mərhələdə prosesə hansı şəkildə subsidiya ayrılacağı ilə əlaqədar müzakirələr aparılır. Həm "SCAT", həm də "FlyArystan" (Qazaxıstanın aviaşirkətləri – red.) mümkün şərtlər daxilində uçuşlara başlamağa hazırdır", – nazir vurğulayıb.

Yeri gəlmişkən, bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə Qazaxıstanda səfərdədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Ermənistan   uçuş   bərpa  



Xəbər lenti