Netanyahu öz mövqeyində israrlıdır

   Netanyahu öz mövqeyində israrlıdır
  21 Noyabr 2025    Oxunub:922
Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq naminə belə Fələstin dövləti yaradılmayacaq.
AzVision.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu “Abu Ali Express” Telegram-kanalına müsahibəsində belə deyib.

Onun iddiasına görə, Fələstin dövlətinin yaradılması “İsrail üçün ekzistensial təhlükə” yaradacaq.

“Fələstin dövləti olmayacaq. Bu, çox sadədir: o, yaradılmayacaq”, - Netanyahu təkrarlayıb.

Bunun Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına mane olub-olmadığı barədə sualın cavabında İsrailin baş naziri Qəzzadakı müharibənin bu müstəvidə tərəqqini ənəgəllədiyini bildirib.

- Ancaq şərtlər hər iki tərəf üçün məqbul olmalıdır... Təhlükəsizliyimizə xələl gətirmədən fundamental şərtlərimizi necə möhkəm müdafiə edəcəyimizi bilirəm. Bu proses daha sonra yetişərsə, əladır. Amma olmasa, həyati maraqlarımızı müdafiə edəcəyik”, - Binyamin Netanyahu diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Nütanyahu   Fələstin   etiraz  



Xəbər lenti