Zelenski: “Heç bir istefa olmayacaq”

      Zelenski:    “Heç bir istefa olmayacaq”
  21 Noyabr 2025    Oxunub:1086
Ukrayna lideri Volodimir Zelenski “Xalqın xidmətçisi” fraksiyası ilə görüşündə prezident ofisinin rəhbəri Andrey Yermakın istefaya göndərilməyəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, hakim “Xalqın xidməçisi” fraskiyasındakı mənbələrə istinad edən “Ukrainskaya pravda” nəşri belə məlumat yayıb.

Deputat İqor Krivoşeyev görüş iştirakçılarından mobil telefonlarını təhvil vermələrini xahiş olunduğunu deyib. Fraksiyadakı mənbələrin sözlərinə görə, prezident Zelenski “Mindiç kasetləri” ndən sonra öz komandasında istefaların olmayacağını iddia edib.

“Görüşün əvvəlində ümumi mövzular müzakirə olundu. Daha sonra deputat Maryana Bezuqlaya prezidentdən onun ofisinin rəhbəri Andrey Yermakı və digər məmurları vəzifədən azad etməyi planlaşdırıb-planlaşdırmadığı ilə maraqlanıb. Prezident ofisində kadr məsələsinin onun məsuliyyəti olduğunu xatırladan Zelenski Yermakın istefasının baş verməyəcəyini bilbirib”, - görüşün iştirakçılarından biri deyib.

Energetika sahəsində yaşanan korrupsiya qalmaqalını şərh edən Zelenski bildirib ki, o, artıq buna cavab verib: nazirlər işdən çıxarılıb, sanksiyalar tətbiq olunub.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) qalma-qallı araşdırmasından sonra yaxın ətrafı Volodimir Zelenskiyə prezident ofisinin rəhbəri Andrey Yermakı işdən çıxarmağı tövsiyə ediblər.

Lakin noyabrın 20-də “Ukrainskaya Pravda” nəşrinin mənbələri Yermakın fəaliyyətindən ictimaiyyətin narazılığına və hökumət rəsmilərinin müəyyən bəyanatlarına baxmayaraq, Zelenskinin onu prezident ofisinin rəhbəri vəzifəsində saxlamaq qərarına gəldiyini bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Yermak   istefa  



Xəbər lenti