"Hazırda Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Qara dəniz limanlarına səyahət imkanımız var. Yeni marşrut isə bizə Naxçıvana, (ardınca Ermənistan ərazisinə – red), oradan isə birbaşa Türkiyəyə və nəhayət, bu ölkənin dəniz limanlarına çatmağa fürsət yaradacaq", – nazir söyləyib.
|
| Qazaxıstan və Ermənistan arasında uçuşların bərpası planlaşdırılır |
O öz çıxışında həmçinin Qazaxıstanın Ermənistanla hava nəqliyyatını yenidən canlandırmağı nəzərdən keçirdiyini də vurğulayıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


