Bloomberg: “Britaniya qoşun hazırlayır”

      Bloomberg:    “Britaniya qoşun hazırlayır”
  21 Noyabr 2025    Oxunub:956
Müharibənin mümkün dayandırılması və sülh nizamlanmasında iştiraka hazırlıq məqsədilə Böyük Britaniya Ukraynada hərbi birləşmələrin yerləşdirilməsi planlarına aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinə istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, yaydakı kəşfiyyat missiyaları və hazırlıq yoxlamalarından sonra Böyük Britaniya Ukraynaya hansı qoşun və bölmələrin göndəriləcəyini, habelə onların qərargahının harada yerləşəcəyini müəyyənləşdirib.

“Bu tədbirlər Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi 30 dövlətdən ibarət koalisiyanın bir hissəsidir və sülh razılaşması əldə olunarsa, Ukraynaya dəstək verəcək. Böyük Britaniyanın Müdafiə naziri Con Hili planların müttəfiqlərlə razılaşdırılacağını və gələcəkdə istənilən sülh nizamlanması şərtlərinə uyğunlaşdırılacağını vurğulayıb”, - materialda deyilir.

FT: “Sülh planının qəbulu üçün ABŞ kiyevə vaxt qoyub”
Böyük Britaniya öz bölmələrinin ölkəyə sürətlə yerləşdirilməsi, o cümlədən Ukrayna qüvvələrinin öz ərazilərində təlim keçmək imkanları üçün resurslar ayırmaq niyyətindədir. Çoxmillətli qüvvələrin koordinasiyası iki ulduzlu britaniyalı zabitin rəhbərlik etdiyi qrup vasitəsilə həyata keçiriləcək.

Ukrayna ordusunun və infrastrukturunun bərpasına təhlükəsiz dəstək vermək üçün bölmələrin cəbhə xəttindən uzaqda yerləşdirilməsi planlaşdırılır.

- Böyük Britaniya atəşkəs sazişi imzalanacağı təqdirdə qoşunların yerləşdirilməsinin ilkin xərclərinə 100 milyon funt sterlinqdən çox vəsait ayırmaqla bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib”, - xəbərdə iddia edilir.

Planlara həmçinin dəniz zolaqlarının təhlükəsizliyinin təminatı və limanları minalardan təmizləmək üçün Türkiyə, Rumıniya və Bolqarıstanın Qara Dəniz İşçi Qrupunun genişləndirilməsi daxildir.

Parallel olaraq ABŞ-nin hərbi nümayəndə heyəti Rusiya ilə sülh danışıqlarını bərpa etmək üçün yeni cəhdlər çərçivəsində Kiyevdə danışıqlar aparıb.

Xatırladaq ki, ABŞ-nin Ukrayna üzrə hazırladığı 28 bənddən ibarət sülh planını Kiyevə ötürməsi barədə xəbərlər son iki gündə dünya mediasının gündəmini zəbt edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Britaniya   Ukrayna   qoşun  



Xəbər lenti